Əsəd tərəfdarları Hələbdə türk general yaxalayıb
06 Avqust 2012 Bazar Ertəsi 01:38
Şəxsiyyəti naməlum general istintaq üçün Hələbdən paytaxt Dəməşqə aparılıb.
Suriyanın Hələb şəhərində Bəşər Əsədə bağlı Suriya ordusu müxaliflərə rəhbərlik edən türk generalı yaxalayıb. Bu barədə məlumata “Fars” xəbər agentliyi Suriya ordusuna istinadən yayıb. Məlumata görə, şəxsiyyəti naməlum general istintaq üçün Hələbdən paytaxt Dəməşqə aparılıb.
Xəbər mənbəyi həmçinin Türkiyəni ABŞ, Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə Suriyada terrora dəstək verən ölkə kimi dəyərləndirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi mövzu barədə açıqlama verməyib.
DOSTLARINLA PAYLAŞ: