Əsəd qüvvələri Hələbə Skad bombası atdı
03 İyun 2013 Bazar Ertəsi 07:25
Yaralılar qonşu Türkiyənin Kilis vilayətinə gətirilib.
Suriyanın Hələb şəhərində hökumət qüvvələrinin yenidən Skad bombalarından istifadə etdiyi iddia edilir. Hələbin Həfərharma rayonuna atılan Skad bombası nəticəsində yaralanan 20 nəfər qonşu Türkiyənin Kilis vilayətinə gətirilib. Onların arasında qadın və uşaqlar var. Yaralıların sayının artacağı istisna edilmir.
Qeyd edək ki, Hələb və ətraf ərazilərdə hökumət qüvvələri ilə "Azad Suriya Ordusu"nun əsgərləri arasında döyüşlər son vaxtlar daha da şiddətlənib.
DOSTLARINLA PAYLAŞ: