Əsəd qüvvələri Əl-Qaidəyə ciddi zərbə vurdu
27 Oktyabr 2013 Bazar 04:40
Əl-Nusra cəbhəsinin lideri Əbu Məhəmməd əl Culaninin Lazkiyə istiqamətində hökumət qüvvələrinin hücumu nəticəsində öldürüldüyü bildilir.
Suriyada qarşıdurmaların şiddətləndiyi bir vaxtda "Əl-Qaidə" silahlıları həm Əsəd qüvvələri, həm də PKK-ya bağlı PYD-nin silahlı dəstələri tərəfindən ağır zərbələr alıb.

ANS PRESS-in verdiyi xəbərə görə, Suriya dövlət televiziyası, Əl-Nusra cəbhəsinin lideri Əbu Məhəmməd əl Culaninin Lazkiyə istiqamətində hökumət qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü bildirib. SANA agentliyi isə bildirir ki, Şam yaxınlığındakı Buahayra bölgəsində silahlı terrorçulara qarşı təşkil edilən hücumda Nusra Cəbhəsinin 40 üzvü öldürülüb.

Ancaq təşkilat məlumat yayaraq, bu xəbərin yalan olduğu, Culaninin də sağ olduğunu bildirdi. Qeyd edək ki, kim olduğu bilinməyən Culaninin 2006-cı ildə İraqda, 2008-ci ildə isə Suriyada öldürüldüyü iddia edilmişdi.

Son məlumata görə, Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı olan Xalq Müdafiə Gücləri (YPG) İraq sərhədində üç gündür davam edən qarşıdurmalardan sonra İraq Şam İslam Dövləti, Əl-Nusra və digər müxalif qrupların əlində olan Til-Köçər sərhəd xəttini və 7 kəndi işğal edib.

İngiltərənin "Times" qəzetinin yaydığı məlumata görə, Əl-Qaidənin Suriyanın şimalında İslam dövləti qurmağa cəhd edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar