Esed mescidi bombaladı
30 İyul 2013 Çərşənbə Axşamı 22:07
Mescidin içerisinde namaz qılan çoxlu sayda insan parçalanaraq facievi şekilde ölüb.
Suriyada Əsədə xidmət edən ordu daha bir qırğın törədib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Hələb şəhərinin Andan bölgəsində hərbi təyyarələr Hz. Həmzə məscidinə hücum edib.

Nəticədə, məscidin içərisində və ətrafında olan onlarla insan həyatını itirib. Partlayışlar nəticəsində ölənlərin cəsədlərinin hissələri ətrafa saçılıb.

Məscidin böyük bir hissəsi uçub.

Müxaliflər hərbi təyyarələr ilə edilən hücum nəticəsində məscidin içərisində namaz qılan çoxlu sayda insanın parçalanaraq faciəvi şəkildə öldüyünü bildiriblər.

Ölənlərin və yaralananların yaxınları məscidə axın edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar