Bişkekdə güclü külək ölkənin ən böyük Yeni il ağacını aşırıb
Qırğızıstanın paytaxtı Bişkekdə mərkəzi meydanda quraşdırılmış əsas Yeni il yolkası dekabrın 22-nə keçən gecə aşıb. 1 həftə əvvəl təntənəli mərasimlə işıqlandırılmış yolkanın aşması anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Yeni il ağacı 23 metrlik metal karkasa bərkidilmiş təbii küknar budaqlarından hazırlanmışdı. Yolkanın aşmasına ötən gecə Bişkekdə əsən güclü küləyin səbəb olduğu bildirilir. Külək həmçinin yeni il bannerlərini də uçurub və mərkəzi meydandakı dövlət bayrağına da ziyan vurub.
Bişkek meriyası bu gün axşamadək yolkanın əvvəlki vəziyyətə gətiriləcəyini vəd edib.