Erqenekon şübhəlisi məhkəməyə 100 kq qızıl təklif etdi
17 Dekabr 2011 Şənbə 06:40
Ertekin həmçinin barəsində qaldırılan iddiaları qəbul etməyərək terror şəbəkəsinə üzv olmadığını deyib.
Türkiyədə “Erqenekon” terror şəbəkəsinə üzv olmaqda ittiham olunan Hayrettin Ertekin üzərindəki həbs-qətimkan tədbirinin götürülməsi üçün məhkəməyə təminat kimi 100 kq qızıl təklif edib. Məşhurların zərgəri kimi tanınan Ertekin bu təklifi məhkəmkəni qaçmayacağına inandırmaq üçün irəli sürüb. Hayrettin Ertekin 100 kq qızılla yanaşı tələb olunacaq qədər kupça, məhkəmənin müəyyən edəcəyi məbləğdə nəğd pul da təklif edib. Ertekin həmçinin barəsində qaldırılan iddiaları qəbul etməyərək terror şəbəkəsinə üzv olmadığını deyib.
DOSTLARINLA PAYLAŞ: