Ermənistanın xarici borcu 3,5 milyard dollara çatıb
01 Dekabr 2011 Cümə Axşamı 02:51
2011-ci ilin 9 ayı ərzində ölkənin borcu 200 milyon dollar artıb.
Ermənistanın xarici borcu bu il sentyabrın 30-unadək 3,5 milyard dollara çatıb. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Milli Statistika Xidməti açıqlayıb. Bu, ilin əvvəli ilə müqayisədə təxminən 200 milyon dollar çoxdur.
Ermənistanın xarici borcunun 83 faizi (2,9 milyard dollar) hökumətə, təxminən 17 faizi (586 milyon dollar) Mərkəzi Banka məxsusdur. 2011-ci ildə xarici borcun həcmi Ermənistan hökumətinin öhdəlikləri hesağbına artıb.
Ermənistanın ən böyük kreditorları Dünya Bankı (borcun 37,8 faizi), Beynəlxalq Valyuta Fondu (22,6 faiz), Rusiya (14,2 faiz) və Yaponiyadır (11,4 faiz).
DOSTLARINLA PAYLAŞ: