Ermənistanın ombudsmanı istefa verib
02 Fevral 2011 Çərşənbə 16:45
Armen Arutyunyan öz istəyi ilə vəzifəsini tərk edir
Ermənistanın insan haqları üzrə müvəkkili Armen Arutyunyan istefa verib. Arutyunyan ötən gün Ermənistan Parlamentinə istefaya getməsi haqda ərizə təqdim edib. Erməni kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, ombudsman BMT-nin Orta Asiyada insan haqları üzrə ali komissarının regional nümayəndəsi vəzifəsini icra etmək niyyətindədir.
Bu barədə ombudsman şəxsən bu gün keçirilən mətbuat konfransında bildirib. O, eyni zamanda qeyd edib ki, daha sonra işini beynəlxalq sistemdə insan haqlarını müdafiə etməklə davam edəcək. Lakin onun yerinə kimin gələcəyi haqda hələlik heç bir məlumat verməyib.
DOSTLARINLA PAYLAŞ: