Ermənistanın müxalifət fraksiyasının rəhbəri istefa verdi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 15:40
Ruben Akopyan vəzifəsindən istefa verib.
Ermənistan parlamentinin "Miras" müxalifət fraksiyasının rəhbəri Ruben Akopyan vəzifəsindən istefa verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı açıqlama verən Akopyan, sadəcə fraksiya rəhbərliyindən istefa verdiyini bildirib.

O, bununla bağlı ətraflı şərh verməkdən imtina edib.

Erməni mətbuatı, digər müxalifətçi deputat Zarui Postandjyanın "Miras" fraksiyasının rəhbəri vəzifəsinə gətiriləcəyini güman edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar