Ermenistanın müsteqilliyi tehlüke altındadır
20 Sentyabr 2013 Cümə 21:40
Zarui Postancyan: 1995-ci ildən başlayaraq Ermənistanda hakimiyyət heç zaman seçilməyib, təyin edilib.
Ermənistanın müstəqilliyi təhlükə altındadır. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə sentyabrın 20-də "İrs" partiyasının parlament fraksiyasının katibi Zarui Postancyan bildirib.

Onun sözlərinə görə, "Ermənistan prezidentini Moskvaya çağırdılar və müəyyən mətnli bəyanatı səsləndirməyə məcbur etdilər ki, bu da Ermənistan üzərindəki təhlükədən xəbər verir", çünki "sabah onu Kremlə çağırıb daha təhlükəli bəyanatlar verməyə məcbur edə bilərlər".

Postancyanın sözlərinə görə, problem ondan ibarətdir ki, 1995-ci ildən başlayaraq Ermənistanda hakimiyyət heç zaman seçilməyib, təyin edilib ki, bu da ölkə həyatının tənəzzülünə gətirib




DOSTLARINLA PAYLAŞ:

oyunlar