Ermənistanın müdafiə nazirindən xalqa təsəlli ismarışı
29 Yanvar 2011 Şənbə 02:10
Seyran Ohanyan: “Orduların döyüş qabiliyyətini kəmiyyət müəyyənləşdirmir”.
“Bu gün qoşunların təmas xəttində nisbi sakitlik hökm sürür”. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, 1994-cü ildən bu yana müəyyən vaxtlarda atəşkəs pozulur, snayper atəşləri qeydə alınır: “2010-cu ilin sonunda, Astana sammiti ərəfəsində və sonra atəş, gərginlik sanki azalmışdı. Bu gün gərcinlik yenidən bir qədər artıb. Lakin erməni tərəfi istənilən qəsbə reaksiya verməyə hazırdır”. Seyran Ohanyan bildirib ki, Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir və istənilən atəşkəs pozuntusuna cavab verməyə qadirdir.

Seyran Ohanyan deyb ki, Ermənistan ordusu nəinki təmas xəttindəki atəşlərə, həm də “qərb qonşularının müharibə bəyanatlarına cavab verməyə hazırdır”: “Bütövlükdə orduların döyüş qabiliyyətini kəmiyyət müəyyənləşdirmir. Öz hazırlıq səviyyəmiz, keyfiyyətli siyyəmiz və əsgərlərin döyüş ruhu ilə biz ölkəmizi qorumağa hazırıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar