Ermənistanın müdafiə naziri növbəti dəfə sərsəmlədi
19 May 2011 Cümə Axşamı 16:16
Seyran Ohanyan qorxusundan...
İşğalçı dövlət olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan qorxuya düşüb. Əks təqdirdə Azərbaycanı belə gülünc formada hədələməzdi.
İrəvanda keçirilən “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Cənubi Qafqaz: regionda sülh və təhlükəsizlik perspektivləri” adlı beynəlxalq konfransda səsləndirdiyi sonuncu bəyanatı onun həqiqətən də qorxuya düşdüyünü açıq-aydın göstərdi. Belə olmasaydı, o, hər bir kəlməsində ölkəsinin Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxalandığını deməzdi.
Belə ki, Seyran Ohanyan Azərbaycanı ölkəsinin üzv olduğu hərbi blokun imkanları ilə hədələyib: “Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə biz "təcavüzkarı" (?) öz niyyətindən imtinaya məcbur etmək üçün tam şəkildə bu prosesə cəlb olunacağıq. Çünki Ermənistan Dağlıq Qarabağ əhalisinin fiziki təhlükəsizliyinin qarantıdır. 1994-cü ildə biz bu məsələni müstəqil şəkildə həll etdik. (müstəqil? red.) Bu gün Ermənistanın KTMT-yə üzv olduğunu nəzərə alsaq, müvafiq reaksiyaya və qurum tərkibindəki müttəfiqlərimizin dəstəyinə ümid etməyə haqqımız var. Çünki birincisi KTMT üzvlərinin bir-biri qarşısında öhdəliyi, ikincisi, mümkün təcavüzə qarşı reaksiya vermək üçün konkret imkanları var”.
Ən maraqlısı budur ki, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanın müdafiə naziri Azərbaycanı təcüvüzkar adlandırıb. Ermənistanın isə təcavüzkar olduğunu biz, yox bütün beynəlxalq ictimaiyyət qəbul edib. Təkcə, Birləşmiş Millət Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə çıxarıb.
Yəqin Seyran Ohanyanın özündən belə çıxmasına səbəb rəsmi Bakının İrəvana qarşı vediyi sonuncu xəbərdarlıqdır. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlardan real nəticələr gözləyir və Ermənistan tərəfini vaxtdan sui-istifadə etməməyə çağırır.
"Biz ümid edirik ki, Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə keçirilən görüşlərin motivasiyası daha da yüksək olacaq. Ümidvar olmaq istəyirik ki, Ermənistan prezidenti həm bizim, həm özlərinin vaxtını qiymətləndirəcək. Bu görüşlərdə məsələlər müzakirə olunacaq və həll olunacaq”, - deyə Araz Əzimov qeyd etmişdi.
DOSTLARINLA PAYLAŞ: