Ermənistanın müdafiə naziri cəbhə xəttində olub
20 Dekabr 2009 Bazar 03:40
Seyran Ohanyan işğal altındakı Şuşa şəhərinə də səfər edib
Dağlıq Qarabağda işğalçı ordunun komandir heyəti üçün hazırlıq toplanışı olub. Tədbirdə Dağlıq Qaraağ separatçılarının lideri Bako Saakyan və Ermənistanın müdafiə naziri Seyran Ohanyan da iştirak edib. Təlim toplanışında hərbi hissələrin tərkibində atəşin idarə edilməsi, sonradan əks-hücuma çevrilən müdafiə döyüşü ilə bağlı məşğələlər keçirilib.
Sonra Dağlıq Qarabağ separatçılarının lideri və Ermənistanın müdafə naziri işğal edilmiş Azərbaycan ərazilərindəki təmas xəttində olublar. Onlar Şuşa şəhərində işğalçı hərbçilər üçün 36 mənzillik yaşayış evinin açılışında da iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: