Ermənistanın milli valyutasının çöküşü
03 Mart 2009 Çərşənbə Axşamı 17:10
Ermənistanda dolların qiyməti 440 drama çatıb

Martın 3-də Ermənistan milli valyutası -dram çökdü. «Regnum» agentliyinin məlumatına görə, Ermənistanda avronun məzənnəsi 440 drama qalxıb. Hətta bu göstəricilər Ermənistanın adi vətəndaşları üçün heç bir məna daşımır. Belə ki, paytaxtın valyuta dəyişmə məntəqələrində dollar almaq demək olar ki, mümkün deyil. Agentliyin İrəvanda keçirtdiyi sorğu əhalinin kəskin narazılığını ortaya çıxarıb. Sorğunun nəticəsində əhalinin cavabı standart olaraq belə olub: «Yoxsullar daha da yoxsulaşdı». Bundan başqa, irəvanlıların fikrincə, dramın kəskin düşməsi daha çox kredit götürənlərə zərbə vuracaq. Əhali Mərkəzi Bankın siyasətinin dəyişdirilməsindən də narazıdır. "Mən bu gün dolları çox ucuz qiymətə satmağa məcburam. Əlbəttədə ki, bunu əvvəl etmək lazım idi". Bunu valyutadəyişmə məntəqələrinin birinin kassiri deyib.
Agentliyin məlumatına görə, artıq bu gün bir necə valyuta dəyişmə məntəqəsində, dolların qiyməti 440 drama çatıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar