Ermənistanın mətbuat klublarından birinin saytı dağıdıldı
08 May 2011 Bazar 05:07
Ermənilər haker hücumunda azərbaycanlılardan şübhələnirlər.
Ermənistandakı “Henaran” (Dayaq) press-klubunun saytı (henaran.am) dağılıdıb. Məlumatı Newsarmenia.ru saytf yayıb. Məlumatda deyilir ki, hakerlər saytın əsas səhifəsinə “Allah Təkdir,Məhəmməd (s.ə.s.) onun rəsuludur” yazıblar. Press-klubun nümayəndələri bildiriblər ki, “Henaran”ın saytı bir neçə ay əvvəl iki dəfə azərbaycanlı hakerlərin hücumuna məruz qalıb. “Bu dəfə də hücumu azərbaycanlıların etdiyi istisna deyil. Bunu ərəbcə yazılmış mətndə orfoqrafik səhvlərin olması da sübut edir”.
Hazırda sayt işləmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: