Ermənistanın kredit reytinqi aşağı salındı
23 Noyabr 2011 Çərşənbə 11:56
Gürcüstanda isə iqtisadi inkişaf nəzərə çarpır.
"Moody`s" reytinq agentliyi Ermənistanın uzunmüddətli defolt reytinqinin xarici və milli valyutada emitentinə dair proqnozunu dəyişərək, "stabil" səviyyəsindən "neqativ" səviyyəsinə endirib. Mütəxəssislər bunu Ermənistanda iqtisadi artım üçün risklərin artması və ölkənin əsas ticarət tərəfdaşları olan Avropa Birliyi və Rusiyanın iqtisadiyyatının inkişafının ləng getməsi ilə əlaqələndiriblər. Ekspertlər Ermənistanın 2009-cü il iqtisadi enişindən sonra daha bir iqtisadi qeyri-müəyyənlik mərhələsinə qədəm qoyduğunu hesab edirlər.
"Standard and Poors" reytinq agentliyi Gürcüstanın xarici və milli valyutada öhdəliklərinə dair uzunmüddətli suveren kredit reytinqini qaldıraraq, "B+" səviyyəsindən "BB-" səviyyəsinə çatdırıb. Agentlik həmçinin ölkənin qısamüddətli suveren kredit reytinqinin "B" səviyyəsində olmasını təsdiqləyib. Reytinqin dəyişdiriləsi proqnozu isə "stabil" qiymətləndirilib. Bu isə Gürcüstanda yaxşı inkişaf perspektivlərini və ictimai maliyyə ilə bağlı vəziyyətin yaxşılaşmasını əks etdirir.
DOSTLARINLA PAYLAŞ: