Ermənistanın konyak diplomatiyası
06 İyul 2013 Şənbə 11:33
İşğalçı ölkədə moldovalı ombudsmanın işğalla bağlı fikirlərindən qorxuya düşüblər.
Moldovanın ombudsmanı Aureliya Qriqoriu Ermənistanı Azərbaycan xalqına qarşı soyqırım törətməkdə günahlandıran çıxışınan sonra bu ölkədə əsl qalmaqal başlayıb. Bəziləri hətta onu hədələməyə, təcili ölkədən çıxalmasını tələb etməyə başlayıb. Bəziləri isə hətta Ermənistanın dünyanın ən sülhsevər ölkəsi olması bəyanatlar verməyə başlayıb.
Xatırladaq ki, Aurelia Qriqoriu çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın bu ərazini zəbt etdiyini və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını bildirib. Moldovalı xanım BMT-nin Dağlıq Qarabağla bağlı çıxardığı dörd qətnaməni yada salaraq Ermənistan və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu və onlara qarşı soyqırım siyasəti yürüdüldüyünü bildirib.
Onun bütün dedikləri doğrudur. Amma nədənsə qonşu Ermənistanda bu həqiqətləri başqa cür qəbul edirlər. Ermənistan parlamentinin deputatlarından biri David Arutyunyan deyib ki, moldovalı vəkilin çıxışı Azərbaycan tərəfindən maliyyələşdirilib, onun çıxışından sonrakı uzun alqışlar isə səhvən olub.
Aydındır ki, cənab Arutyunyan kimə və necə ödəmək lazım olduğunu yaxşı bilir. Ola bilər ki, onların ölkəsində ciddi problemlərin olduğu pulla deyil, qonşularımızın qüruru duyduqları konyakları ilə. Yoxsa, erməni mətbuatında Moskvanın 200 il əvvəl imzalanan Gülüstan müqaviləsi əsasında İrandan aldığı Bakı, Gəncə, Qarabağa iddia edə biləcəyini deyən hansısa rusiyalı ekspert Aleksey Martınovun sayaqlaması nəşr edilməzdir.
Rusiyalı ekspertin sərsəm fikirlərinin erməni üzümçülərinə necə dekalitr konyaka başa gəldiyini demək çətindir. Amma istisna deyil ki, rusiyalı olmayan belə bəzi ekspertlərin bu cür çıxışları yenidən yarana bilər. Belə ki, ermənilər özləri də iddia edir ki, onların marka konyakı həddindən artıq yaxşıdır.
DOSTLARINLA PAYLAŞ: