Ermenistanın hakim partiyası Rusiyanı terrorla hedeledi
21 Avqust 2013 Çərşənbə 22:35
Qalust Saakyan Avropa Birliyi ilə assosiasiya barədə sazişin Ermənistan tərəfindən paraflanması məsələsindən danışıb.
Ermənistanın hakim Respublika Partiyasının fraksiya başçısı Qalust Saakyan Rusiyanı hədələyib. ANS PRESS-in məlumatına görə, bu barədə o, “Joxovurd” qəzetinə müsahibəsində bildirib.

“Avropa Birliyi ilə assosiasiya barədə sazişin Ermənistan tərəfindən paraflanması halında Rusiya bizə qarşı sanksiya tətbiq edərsə, cavab zərbəsini öz daxilindən, Rusiya vətəndaşı olan ermənilərdən alacaq», - deyə Qalust Saakyan bildirib.

Yəni erməni siyasətçi bir vaxt Osmanlıda olduğu kimi Rusiyada da erməni milliyətindən olan vətəndaşların terrora əl atacağına işarə vurub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar