Ermənistanın Gömrük İttifaqına daxil olmasının vaxtı bilindi
01 May 2014 Cümə Axşamı 20:28
Bu barədə Belorus hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.
Rusiya, Qazaxıstan və Belorusun prezidentləri bu il may ayının 28-29-da Astana şəhərində Yüksək Avropa İqtisadi Şurasının iclası keçiriləcək.

ANS PRESS-in verdiyi məlumata görə, Ermənistanın Vahid İqtisadi Zona və Gömrük İttifaqına birləşməsi barədə müqaviləyə də baxılacaq.

Bu barədə Belorus hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər veriblər. Məlumatda bildirilir ki, aprel ayının sonunda Minskdə Yüksək Avropa İqtisadi Şurasının iclasında Rusiya, Belorus və Qazaxıstan prezidentləri Ermənistanın Gömrük ittifaqına qəbul olunması barədə yol xəritəsinin həyata keçirilməsi barədə razılıq əldə ediblər.

Yol xəritəsinin 126 bəndində göstərilən sənədlərin 111-nin təsdiqi həyata keçirilib, 15 sənəd isə Ermənistan Gömrük İttifaqına üzv olandan sonra reallaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar