Ermənistanın əsl paytaxtı Türkiyə ərazisində yerləşir
25 Sentyabr 2009 Cümə 12:41
Ermənistan prezidenti Serj Sərkisyan Ermənistan-Türkiyə münasibətlərini erməni diasporu ilə müzakirə etmək üçün oktyabrın 1-dən xarici ölkələrə səfər edəcək.
APA-nın məlumatına görə, Ermənistan prezidenti bütün ermənilərin katalikosu II Qareginlə görüşündə deyib. Serj Sərkisyanın erməni diasporu ilə müzakirələr aparmaq üçün Paris, Nyu-York, Los-Anceles, Beyrut və Rostova səfərləri planlaşdırılır. O Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin mühüm mərhələyə qədəm basdığını deyib: “Bu müzakirələr çox faydalıdır. Çünki protokolların imzalanıb-imzalanmamasından, yaxud ratifikasiya edilib-edilməməsindən asılı olmayaraq müzakirələrin aparılması vacibdir. Ölkə daxilində aparılan fikir mübadiləsində emosional aspektin olması normaldır. Çünki erməni xalqının böyük əksəriyyəti soyqırımına məruz qalan insanların nəvə-nəticələridir. Bundan başqa sərhədin o tayında bizim müqəddəs məbədlərimiz, kilsələrimiz, paytaxtımız var, bir çoxlarının ata evləri də orada qalıb. Mən bunu başa düşürəm, bir çox hallarda özüm də öz emosiyalarımla mübarizə aparıram. Bununla belə hesab edirəm ki, müzakirələr vacibdir”.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar