Ermənistanın ədliyyə nazirinin adı məlum oldu
16 Dekabr 2010 Cümə Axşamı 01:15
Nazir vəzifəsinə kadrın Almaniyadan gətiriləcəyi və adının bu gün rəsmən açıqlanacağı gözlənilir
Ermənistanın ədliyyə naziri vəzifəsini tutmağa ən real namizəd Konstitusiya hüququ üzrə mütəxəssi Qrayr Toamasyandır. Bu barədə məlumatı NEWS.am saytı etibarlı mənbələrə istinadən yayıb. Məlumata görə, yeni nazirin adının bu gün rəsmən elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, ədliyyə naziri vəzifəsinə real namizədlər arasında Ermənistan prezidentinin müşaviri Gevork Kostanyan və ədliyyə nazirinin müavini Gevork Malxasyanın da adları çəkilirdi.
Qrayr Tovmasyan hazırda Almaniyanın GTZ şirkətində hüquq məsələləsi üzrə müşavir vəzifəsində çalışır.
DOSTLARINLA PAYLAŞ: