Ermənistanın dünya ilə əlaqəsi kəsilib
01 Mart 2010 Bazar Ertəsi 19:30
Buna səbəb Gürcüstan ərazisində baş verən qəzadır
Ermənistan əhalisinin böyük hissəsi internetsiz qalıb. FiberNet Communications adlı provayder şirkətinin yaydığı məlumata görə, buna səbəb Gürcüstan ərazisindən keçən kabelin zədələnməsidir.

"Gürcüstan ərazisində kabelin zədələnməsi ucbatından hazırda Ermənistanda internet yoxdur. Gürcü mütəxəssisləri rabitənin bir neçə saat ərzində bərpa olunacağını bildiriblər ", - deyə FiberNet Communications şirkətindən bildiriblər.

Qeyd edə ki, FiberNet Communications Ermənistan bazarında fəaliyyət göstərən üç iri provayderlərdən biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar