Ermənistanın dövlət quruluşu dəyişir?
28 Avqust 2013 Çərşənbə 11:14
Hakimiyyət ölkə Konstitusiyasına dəyişiklik etməklə parlamentli respublika yaratmaq niyyətindədir.
Ermənistan hakimiyyəti ölkə Konstitusiyasına dəyişiklik etmək niyyətindədir. ANS PRESS-in Ermənistanın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, ölkənin parlamentli respublika olması istisna olunmur. Bu barədə hakim Respublika Partiyasının üzvü David Arutyunyan bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı uzun müddətdir ki, müzakirələr aparılır: “Diskussiyalar uzun müddətdir ki, aparılır, 2005-ci ildə ölkə Konstitusiyasına daxil edilən məsələlər bu gün qənaətbəxş hesab olunmur”. Onun sözlərinə görə, artıq Konstitusiyaya dəyişiklik edilməsinin zamanı gəlib çatıb: "Bəzi təhlükəli hesab olunan məqamlara görə Konstitusiyaya dəyişiklik etmək lazımdır."

D.Arutyunyan bildirib ki, müəyyən fikir formalaşana qədər bir neçə ay müzakirələrin davam edəcəyi gözlənilir. Eyni zamanda o istisna etməyib ki, bu yeni ilin əvvəlindən tez başa çatmayacaq.

O həmçinin bildirib ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısına hazırki prezident Serj Sarksyan başçılıq edəcək və qələbə qazanarsa, ölkənin baş naziri olaraq ölkəni idarə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar