Ermenistanın dövlet borcu artır
25 Sentyabr 2013 Çərşənbə 04:01
Ermenistanın daxili dövlet borcu 270 milyard dram teşkil edir.
Ermənistanın dövlət borcu artmağa başlayıb. ANS PRESS erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 1-nə olan məlumata görə, Ermənistanın daxili dövlət borcu 270 milyard dram (təxminən 660 milyon dollar) təşkil edir. Ermənistan Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, ötən ilin eyni vaxtı ilə müqayisədə daxili dövlət borcu 6.3% və ya 16 milyard dram artıb.

Ermənistada İstiqrazların gəlirliliyi artmaqla yanaşı (13,9%) xərclərin də yüksəlməsi müşahidə olunduğundan istiqrazların satışa çıxarılması heç də gözlənilən effekti verməyib. Üstəlik dövlət büdcəsindən faizləri ödəmək üşün ayrılan vəsaitin həcmi 29,7 milyard olduğu halda, baş maliyyə planında bunun üçün 20,5 milyard dram ayrılıb.
Dövlət büdcəsinin gəlir planını yerinə yetirmək üçün istiqrazlar da kifayət etmir.

Qiymətli kağızların strukturunda orta müddətli istiqrazlar 54 faiz təşkil etdiyi halda, üzünmüddətli 35,5, qısa müddətli istiqrazlar isə 10,2 faiz təşkil edir. Əmanət istiqrazları isə kiçik bir məbləğ təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar