Ermənistanın böyük yalanı
19 Yanvar 2011 Çərşənbə 14:25
Erməni mətbuatı Ərdoğanın əlindəki yarış tapançasını əsl silah kimi təqdim edib.
Ermənistanın "news.am” xəbər agentliyi yalan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın əlində yarış tapançası olan şəklindən öz çirkin məqsədləri üçün istifadə edib. Agentlik nazirin Bosfor boğazında keçirilən gəmi yarışına start vermək üçün havaya qaldırdığı yarış tapançasını əsl silah kimi göstərib. Erməni KİV-i "Ərdoğan əlində tapança ilə göründü", yazaraq onu "silah həvəskarı" kimi göstərməyə cəhd edib.
Qeyd edək ki, Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilən daşnakların yayım orqanı olan agentlik baş nazirin "Dolmabağça" sarayında açılan sərgidə nümayiş olunan fotolarından birindən istifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: