Ermenistanın bedbext menzeresi
05 Oktyabr 2013 Şənbə 19:34
Ermenistandan başlanan böyük köçün daha bir sebebi üze çıxdı.
Avqust ayında Ermənistanda pərakəndə ticarət dövriyyəsinin fiziki həcmi keçən ilin avqust ayına baxanda 1,3% azalıb, uyğun olaraq xidmətlərdə də 0,7% azalma olub.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatı bunu avqust ayında baş vermiş böyük (illik hesablamada 9,3%-lik) inflyasiya ilə izah edir. Yəni əhalinin pulu çatmadığından daha az məhsul istehlak edib. Lakin "News.am" portalının yazdığına görə, əslində ölkə əhalisinin böyük bölümünü təşkil edən imkansızların vəziyyəti pisləşib. Varlı təbəqənin isə vəziyyəti yaxşılaşıb. Həmin təbəqənin banklardakı əmanəti avqustda illik hesabla 24,9% artıb.
Portalın yazdığına görə, əhali qiymət bahalaşmasına görə avqustda 8,5 milyard dram (təxminən 21 milyon dollar) itirib. Ermənistanda real olaraq 1,5 milyon nəfər yaşadığını nəzərə alsaq, bir vətəndaşın avqust ayında eyni mallara 14 dollar artıq pul xərclədiyini müəyyən etmək olar. Dörd nəfərlik ailə üçün bu, 56 dollar bahalaşma deməkdir. İrəvanda orta maaşın 158 min dram (385 dollar) olduğu nəzərə alınarsa, 4 nəfərlik ailə büdcəsinin alınmış eyni mal qarşılığında gəlirinin 14%-nin itdiyi ortaya çıxır. Yəni bir il qabaq 385 dollar qazanan orta İrəvan ermənisinin avqustda gəliri real ekvivalentdə 321 dollara düşüb. Bununla da Serj Sarkisyan hakimiyyətinin Ermənistandan başlatdığı böyük köçün daha bir səbəbi də aydın olur. Hakim qruplaşma süni qiymət artımı yaradaraq əhalini müflisləşdirməyə doğru aparır.
DOSTLARINLA PAYLAŞ: