Ermənistanın baş naziri nazirlərə istədikləri yerdə istirahət etməyə icazə verdi
25 İyul 2010 Bazar 01:50
Tiqran Sarkisyanın özü Avropada tibbi müayinədən keçəcək.
Ötən ildən fərqli olaraq, bu il Ermənistan hökumətinin üzvləri istirahət yerini seçməkdə sərbəstdirlər və istədikləri yerdə istirahət edə bilərlər. Bunu Ermənistanın baş naziri Tqran Sarkisyan yerli telekanallara müsahibəsində deyib. Ötən il iqtisadi böhranla əlaqədar nazirlərə uzun müddətə ölkəni tərk etmək qadağan edilmişdi.

Tiqran Sarkisyanın özü yay məzuniyyətini harada keçirəcəyi ilə bağlı suala cavabında deyib ki, istirahət barədə düşünmür. O bildirib ki, avqustun 10-14-də Avropadakı tibb mərkəzlərindən birində müayinədən keçəcək. Ermənistanın hökumət başçısı yanvarda səhhəti ilə əlaqədar İspaniyada müalicə prosedurları kursu keçmişdi. Aprelin əvvəllərində isə Tiqran Sarkisyan arterial təzyiqinin artması ilə bağlı “Nairi” tibb mərkəzinə yerləşdirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar