ErmənistanıEmmi təmsil edəcək
12 Dekabr 2010 Bazar 03:40
İctimai televiziya ötən il seçim turundan narazı qalan müğənninin könlünü belə almaq istəyir
Ermənistanı Almanyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində müğənni Emmi təmsil edəcək. Bu barədə qərarı Ermənistanın İctimai televiziyasının bədii şurası qəbul edib. Televiziyanın sədri Aleksan Arutunyan bildirib ki, bu il Ermənistanda iştirakçı yox, mahnı seçimi olacaq. Artıq mahnıların qəbulun başlanılıb. Müsabiqədə həm yerli, həm də xarici bəstəkarlar iştirak edə bilərlər. Bədii şuranın bəyəndiyi mahnı televiziya tamaşaçılarının müzakirəsinə veriləcək.

Qeyd edək ki, Emmi ötən il “Eurovision-2010” müsabiqəsinə getməyə ən real namizədlərdən biri idi. Lakin SMS yolu ilə səsvermənin nəticələrinə görə Ermənistanı müsabiqədə təmsil etmək hüququnu Yeva Rivas qazandı. O vaxt Emmi milli seçim turundan narazı qalmışdı. Narazılığı aradan qaldırmaq istəyən İctimai televiziya söz vermişdi ki, 2011-ci ildə müsabiqəyə Emmi qatılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar