Ermənistanı uzunmüddətli mitinqlər gözləyir
15 Mart 2011 Çərşənbə Axşamı 01:16
Martın 18-dən 30-unadək İrəvanda ardıcıl mitinqlər keçiriləcək
İrəvan meriyası Erməni Ümummilli Hərəkatının martın 30-u və 31-də Azadlıq meydanında keçirməyi planlaşdırdığı mitinqinə icazə verməyib. Bu, həmin günlər meydanda başqa tədbirlərin keçiriləcəyi ilə əsaslandırılıb. Şəhər merinin səlahiyyətli nümayəndəsi müxalifətə təklif edib ki, mitinq Matenadaran qədim əlyazmalar institutunun binası qarşısındakı meydanda keçirilsin. Merin nümayəndəsi müxalifətin yürüşlə bağlı təklifini də qəbul edib.

Qeyd edək ki, İrəvan meriyası müxalifətin martın 18- 29-da saat 16.00-23.00-adək planlaşdırdığı aksiyaların da həmin meydanda keçirilməsinə razılıq verib. Beləliklə, İrəvanı martın 18-dən sonunadək ardıcıl mitinqlər gözləyir.

Erməni Ümummilli Hərəkatı Erməni Milli Konqresinə daxildir. Konqresə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan başçılıq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar