Ermənmistan Türkiyə münasiöətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. Onun sözlərinə görə, söhbət Ermənistanın blokadadan çıxmasından yox, əlaqələrin qurulmasından gedir: «Ermənistanın blokadaya alınması səbəb yox, nəticədir. Biz səbəbi aradan qaldırmalıyıq. Əgər Qarabağ problemi olmasaydı, Ermənistan da blokadaya düşməzdi. Ona görə də Ermənistanı blokadadan çıxarmağa yox, Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışmaq lazımdır».