Ermənistanı kütləvi miqrasiya gözləyir
09 İyul 2011 Şənbə 18:43
Evsiz qalan ailələr ölkəni tərk edir.
Ermənistanı kütləvi miqrasiya gözləyir. Bu barədə səmimi fikirlərini Ermənistanın “İrs” partiyasının katibi Karine Akopan ifadə edib.
Karine Akopyan bildirib ki, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsinin ən əsas səbəbi ölkənin pis idarə olunmasıdır: “İşsizlik, narkomaniya və ludmaniyanın (mərc oyunlarından aslılıq) artan səviyyəsi də daxil olmaqla ölkədəki mənəvi vəziyyət, ordudakı mühit, hakimiyyətin ictimai fikrə biganə münasibəti, eləcə də rəhbərliyin dildə bir söz deyib, əməldə başqa şeylər etməsi kimi faktlar əsas səbəblərdir”.
Sözlərini əsaslandırmağa çalışan partiya katibi deyib ki, məsələn, Ermənistan hakimiyyəti sözdə orta və kiçik biznesə yardım edilməsini desə də, reallıqda ancaq iri biznesə köməklik göstərir.
Ludomaniya probleminə toxunan K. Akopyan hakimiyyətin bu məsələ ilə mübarizə aparmadığını qeyd edib: “Ermənistan mərc oyunlarının qurbanına çevrilib. Tədqiqatlar göstərir ki, Aştaraka kəndinin sakinləri satdıqları məhslulun pulunu bu oyunlarda uduzurlar, hətta bu oyunlara o dərəcədə alüdə olublar ki, evlərini belə oyunlara qurban verirlər. Nəticədə də isə yaşayış yerlərini itirən ailələr ölkəni tərk etməli olurlar". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: