Ermənistandan türkiyəli jurnalistə mükafat
04 Yanvar 2010 Bazar Ertəsi 11:00
41 ildə ilk dəfə olaraq mükafat xarici ölkə vətəndaşına verilib
Ermənistan Jurnalistlər İttifaqı Türkiyədə nəşr edilən Nor Marmara qəzetinin redaktoru, Türkiyə vətəndaşı olan Rober Haddeciyana "Qızıl Qələm" mükafatı verib. R.Haddeciyan romanları, səyahət kitabları və teatr əsərləriylə də məşhurdur.
Qeyd edək ki, Rober Haddeciyan 1969-cu ildən bəri verilən mükafatı alan ilk diaspor nümayəndəsidir. Qeyd edək ki, mükafat həmçinin Ermənistanda ən çox satılan "Azg" qəzetinin redaktoru Hagop Avedikyana da verilib.
Rober Haddeciyanın bu mükafata layiq görülməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, mükafat ilk dəfə olaraq Ermənistanda yaşamayan, yəni diaspora nümayəndəsinə verilib. Əslən erməni olan Haddeciyanın Türkiyə vətəndaşı olması isə da diqqətçəkən məqamlardan biridir.
Mükafat jurnalistə Ermənistanın paytaxtı İrəvanda təşkil edilən bir mərasimdə verilib. Mərasimdə çıxış edən münsiflər heyətinin rəhbəri Tavit Muradyan bildirib ki, "Haddeciyanın inanılmaz çalışqanlığı, möhtəşəm qələmi, dəqiq zəkası və psixoloji ruhu "Marmara" qəzetini yalnız diasporda deyil, Ermənistanda da çox əhəmiyyətli bir qəzetə çevirib. Qəzetin redaktoru Rober Haddeciyan da Ermənistanda sevilən bir addır".
R. Haddeciyan 1926-cı ildə İstanbul anadan olub. O, əsasən Türk dilinə tərcümə edilmiş 30-a yaxın əsərin müəllifidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: