Ermənistandan ordusundakı qanlı insidentin təfərrüatları məlum oldu
30 İyul 2010 Cümə 01:40
İşğal altındakı Xocavənddə 6 nəfərin ölümü ilə nəticələnən hadisənin səbəbi zabitlərin əsgərləri alçaltmasıdır.
Ermənistan ordusundakı qanlı insidentin yeni təfərrüatları məlum olub. “ARMENIA Today” agentliyinin məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb. İnsident Azərbaycanın işğal altındakı Xocavənd rayonunda baş verib. Agentliyin istinad etdiyi mənbənin məlumatına görə, sıravi əsgər 5 hərbçini güllələyib, sonra isə intihar edib. Ölənlərin hamısı Ermənistan vətəndaşlarıdır.
Helsinki Assosiasiyasının Vanadzodakı nümayəndəliyinin rəhbəri Artur Sakunts bildirib ki, insidentə zabitlərin əsgərləri alçaltması səbəb olub. Zabitlər əsgəri postda yatmış vəziyyətdə aşkarlayıblar və təhqir etməyə, alçaltmağa başlayıblar. Nəticədə əsgər avtomat silahı götürərək, atəş açmağa başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: