Ermənistandan "güc" nümayişi
12 Dekabr 2009 Şənbə 22:15
“Müharibə bərpa olunsa, erməni gəncliyi Dağlıq Qarabağ xalqının çağırışına getməyə hazırdır”
Bu gün Ermənistandakı bir sıra siyasi partiyaların gənclər qanadları rəsmi Bakının müharibə bəyanatlarına münasibət bildirib. Onların fəal hərbi əməliyyatların bərpası ilə öağlı bəyanatında deyilir ki, “sülh bütün dünya ictimaiyyəti, xüsusilə region üçün vacib dəyərlərdən biridir”. Erməni gənclərin fikrincə, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək istəyi pislənməlidir.
Bəyanatın əvvəlində “sülhpərvər” olan erməni gənclər, sənədin sonundadək “döyüş ruhu” əldə edir və bildirir: “Müharibə bərpa olunsa, erməni gəncliyi Dağlıq Qarabağ xalqının çağırışına getməyə və onun hüquqlarını müdafiə etməyə hazırdır”.
Bəyanatı neçə siyasiləşmiş gənclər təşkilatlarının imzaladığı məlum dyil. Amma bildirilir ki, sənəd imzalanmaq üçün açıqdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: