Ermənistandakı AES standartlara cavab vermir
29 Mart 2011 Çərşənbə Axşamı 11:58
Ceyms Moran Azərbaycan diasporuna məktub göndərib
ABŞ konqresmeni Ceyms Moran Azərbaycan diasporuna məktub göndərərək, Ermənistanın Metsamor atom elektrik stansiyası ilə bağlı kampaniya barədə fikirlərini bildirib. Bu barədə APA-nın Vaşinqtondakı müxbiri məlumat verib.

Məktubda bildirilir ki, 2011-ci il martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında yaşanan dramatik hadisələr nüvə enerjisinin bütün dünya üçün nə qədər təhlükəli olduğunu göstərib: “Ermənistanın enerji ehtiyaclarının 40 faizini ödəyən Metsamor stansiyası Sovet dövründən qalıb və təhlükəsizliyin indiki standartlarına cavab vermir. Buna görə də Birləşmiş Ştatlar Avropa Birliyi, Rusiya və beynəlxalq təşkilatlarla birlikdə stansiyanın təhlükəziliyini müasir standartlara uyğun möhkəmlətmək üçün müəyyən işlər görüb. Bizim Metsamorla bağlı işimiz çox vacibdir və mən bu prosesi yaxından izləyirəm”.

Konqresmen Azərbaycan diasporunun kampaniyasını da diqqətdə saxlayacağını vəd edib və ABŞ-ın xarici yardımları və regiondakı nüvə siyasəti ilə baglı Konqresdə müzakirələr zamanı bu məsələni nəzərə alacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar