Ermənistandakı seçkilərdə müsabiqə prinsipləri tam təmin olunmayıb
19 Fevral 2013 Çərşənbə Axşamı 13:05
Bu ölkədə seçki prosesini izləyən beynəlxalq təşkilat öz rəyini açıqlayıb.
Ermənistanda ötən gün keçirilən prezidenti seçkilərində müsabiqə prinsipləri tam təmin edilməyib. ANS PRESS-in məlumatına görə, bu bəyanatı Ermənistanda seçkilərdə iştirak edən ATƏT-in müşahidəçilər missiyası verib.
Daha sonra səsvermə nəticəsində Serj Sarkisyanın 58,64%, ölkənin birinci xarici işlər naziri Raffi Ovannisyanın 36,75%, sabiq baş nazir Qrant Baqratyanın 2,15% səs topladıqları açıqlanıb.
Qeyd edək ki, seçki prosesini 26 yerli və 12 beynəlxalq təşkilatdan təxminən 7 min müşahidəçi izləyib.
DOSTLARINLA PAYLAŞ: