Ermənistandakı mitinq fotolorda
02 Mart 2011 Çərşənbə 11:56
Levot Ter-Petrosyan hakimiyyətə son xəbərdarlığını edib.
Ermənistanın paytaxtı İrəvan şəhərində Ermənistan Milli Konqresi (EMK) mitinq keçirir. Çoxsaylı mitinq iştirakçıları Maştoçs prospektindən keçərək Aleksandr Myasnikyanın heykəli önünə yürüş ediblər. EMK-in lideri, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə mitinqdə çıxış edərək hakimiyyətə son dəfə xəbərdarlıq edib.

Levon Ter-Petrosyan sosial dəyişikliklərin həyata keçirilməsini tələb edib. Ter-Petrosyan nümayişdə iştirak edənlərin adından maaşların artırılmasını və minimum əmək haqqının 200 dollar həcmində müəyyən edilməsini tələb edib. Qeyd edək ki, Ermənistanda minimal əmək haqqı 32,5 min dram və ya 100 dollardır.
Petrosyan daha sonra işsizliyə görə müavinətin 100 dollar, orta pensiyanın isə 112 dollar həcmində təyin edilməsini tələb edib.

Müxalifət həmçinin kənd təəsrrüfatına vəsaitlərin ayrılması, kəndlilərə kreditin verilmə prosedurunun sadələşdirilməsini tələb edib. Müxalifət lideri tələblərində bir az da irəli gedərək baş nazir Tiqran Sarkisyan, baş nazirin müavini Armen Qevorkyan, baş prokuror Aqvan Ovsepyan, Ermənistan polisinin rəhbəri Alik Sarkisyan və digər məmurların işdən çıxarılmasını istəyib. Sadalananların böyük əksəriyyəti həyata keçirilsə, EMK parlament və prezident seçkisinin keçirilməsi ilə bağlı hakimiyyətlə dialoqa hazır olduqlarını deyib.

Mitinqdə 50 min nəfərin iştirak etdiyi bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar