Ermənistandakı atom elektrik stansiyası təmirə dayanır
16 Oktyabr 2010 Şənbə 02:40
Profilaktik təmir və nüvə yanacağının doldurulması ilə əlaqədar Metsamor AES 55 gün işləməyəcək.
Ermənistandakı atom elektrik stansiyası bu gün provilaktik təmir və nüvə yanacağının vurulması üçün fəaliyyətini dayandıracaq. Bunu AES-in baş direktoru Qagik Markosyan deyib. Onun sözlərinə görə, stansiya 55 gün işləməyəcək. Bu müddət ərzində avadanlıqlar təmir olunacaq, nüvə yanacağının yeni partiyası doldurulacaq. Baş direktor bildirib ki, nüvə yanacağı artıq Ermənistandadır.

Qeyd edək ki, regiondakı yeganə AES Metsamor şəhəri (İrəvandan təxminən 30 kilometr cənuğbda) 1980-ci ildə istismara verilib. 1988-ci ildə Spitakda 25 min nəfərin həyatına son qoyan zəlzələdən sonra-1989-cu ilin martında onun fəaliyyəti dayandırılıb. Müəssisə 1995-ci ildə Ermənistanda yaranmış enerji böhranı ilə əlaqədar yenidən işə salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar