Ermənistanda yerli vaxtla saat 12.34-də 5 bal gücündə zəlzələ baş verib. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, zəlzələnin gücü episentrdə 5 bal olsa da 3,6 bal gücündə hiss edilib. Qeyd edək ki, zəlzələ İrəvanda və Ermənistanın bir sıra rayonlarında da hiss edilib.
Qeyd edək ki, Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi də Ermənistanda, Naxçıvandan 133 km şimalı-qərbdə zəlzələ baş verdiyini qeydə alıb.
Hadisə nəticəsində dağıntı və tələfat qeydə alınmayıb./ANS PRESS/