Ermənistanda yük qatarı aşıb
26 Fevral 2010 Cümə 22:15
Hadisə nəticəsində qatardakı 10 vaqon çevrilib
Bu gün günorta saatlarında Ermənistanın şimalında Ani və Baqrevand Şiraksk stansiyaları arasında on vaqondan ibarət olan yük qatarı aşıb. ANS PRESS-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə “Cənubi Qafqaz dəmir yolları” QSC-nin mətbuat katibi Vaqe Davtyan məlumat verib. Hadisə gündüz saat 14:10 radələrində baş verib.
Davtyanın sözlərinə görə, səkkiz vaqona darı, bir vaqona isə müxtəlif məhsullar yüklənib. Qatara qoşulmuş vaqonlardan biri isə sistern olub.
“İnsan itkisi yoxdur. Hadisə yerində bərpa işləri aparılır. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra, yolda hərəkət bərpa olunacaq”,-deyə o bildirib.
“Cənubi Qafqaz dəmir yolları” QSC “Rusiya dəmir yolları” ASC-nin 100 faiz törəmə müəssisəsidir. “Ermənistan dəmir yolları” QSC isə konsessiya qaydasında 2008-ci ildən 30 illik müddətə “Cənubi Qafqaz dəmir yolları” QSC-nin idarəetməsinə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: