Ermənistanda tunel faciəsi: 2 ölü
26 Avqust 2010 Cümə Axşamı 16:45
Alovlanan avtobusun içərisində qadın və uşaq diri-diri yanıb.
Bu gün saat 15:30 radələrində Ermənistan ərazisində yerləşən Sevan-Dilican tunelində yanğın baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, tunelde olan avtobusun yanması nəticəsində iki nəfər həlak olub. Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında avtobus sürücüsünün yanğın baş verdikdən sonra maşını tərk etdiyi, onun arvadının və bir uşağının isə diri-diri yandığı bildirilir. Hazırda yanğın yerində xilasedicilər işləyir və tunelde avtomobillərin hərkəti məhdudlaşdırılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd edək ki, uzunluğu 2257 mejtr olan tunelin eni 8 metr, hündürlüyü 5 metrdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: