Ermənistanda toqquşma başladı
02 Oktyabr 2014 Cümə Axşamı 15:02
Sahibkarlar “Dövriyyədən vergi haqqında” qanunun tətbiqinə etiraz edirlər.
Ermənistanın Gümrü şəhərində etiraz aksiyaları qızışıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar polisə hücum ediblər.

Yüzlərlə kiçik və orta sahibkar “Dövriyyədən vergi haqqında” qanunun qüvvəyə minməsinə etiraz edirlər. Etirazçılar Şirak vilayəti administrasiyası qarşısına toplaşaraq, qubernatorla görüş tələb ediblər. Polis etirazçıları yoldan çıxarmağa çalışsa da məqsədinə nail ola bilmir.

Qeyd edək ki, Ermənistanda “Dövriyyədən vergi haqqında” qanun oktyabrın birindən qüvvəyə minib. Bu da bir çox erməni sahibkarınların müflisləşəcəyi anlamına gəlir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar