Ermenistanda ticaret ve xidmet sektoru süretle çökür
02 Avqust 2013 Cümə 22:54
Son bir ilde İrevanda 1143 mağaza fealiyyetini dayandırıb.
Son bir ildə İrəvanda 1143 mağaza öz fəaliyyətini dayandırıb və 6 minə yaxın adam iş yerini itirib. ANS PRESS “Haykakan jamanak” qəzetinə istinadən bildirir ki, bu barədə Ermənistanın milli statistika komitəsi məlumat verib.

“İyulun 1-ə olan məlumata görə, İrəvanda 6768 mağaza fəaliyyət göstərib, bir il qabaq isə onların sayı 7911 olub. Başqa sözlə, ticarət nöqtələrinin sayı 15% azalıb. Eyni mənzərə xidmət sektoru obyektlərində də müşahidə edilir. İl ərzində İrəvanda 390 xidmət obyekti bağlanıb”,- deyə qəzet yazır.

Ekspertlər İrəvanın xidmət və ticarət sektorunda müşahidə edilən çöküşü ölkədən miqrasiyanın güclənməsi ilə əlaqələndirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar