Ermənistanda tətil dalğası başladı
06 Mart 2012 Çərşənbə Axşamı 11:41
“Armavia” şirkətinin əməkdaşları işə çıxmaqdan imtina edirlər.
Ermənistan Milli Aviadaşıma şirkəti- “Armavia” tətilə başlayıb. ANS PRESS-in “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, şirkət işçiləri tətilə İrəvan şəhərində yerləşən Zvarnots hava limanının qiymət siyasətini dəyişənədək davam edəcəklərini bildiriblər.

Şirkət rəhbərliyi isə hazırda Zvarnots hava limanını idarə edən Argentina şirkəti Corporacion America ilə danışıqlar aparılmasını tələb edir.

“Armavia” şirkətinin işçilərə 7 ay əmək haqqı və Moskvanın Vnukova aeroportuna da borclu olduğu bildirilir. “Armavia” rəsmi şəkildə insidentlə bağlı açıqlama yaymayıb.

Qeyd edək ki, “Armavia” beynəlxalq aviayükdaşımalarında Ermənistanda inhisarçı qurum sayılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar