Ermənistanda telekanal baş redaktorunun maşını yandırılıb
18 Yanvar 2011 Çərşənbə Axşamı 03:55
Helsinki Vətəndaş Assambleyası şadisəyə görə hüquq-mühafizə orqanlarını ittiham edir.
Yanvarın 17-nə keçən gecə Ermənistanda “Lori” telekanalının baş redaktoru Narine Avestisyanın maşını yandırılıb. Bu barədə məlumatı Helsinki Vətəndaş Assambleyasının Vanadzordakı ofisi yayıb. Məlumata görə, maşın qadının yaşadığı evin qarşısındakı qarajda olub.

Yanvarın 17-də işə getməyə hazırlaşan Naire Avestisyan qarajın qapısını açanda maşının yandığını görüb. İlkin məlumatlara görə, maşının üzərinə yanar maye qarajın nəfəsliyindən tökülüb və od da oradan vurulub.

Lori vilayətinin Vanadzor polis idarəsində cinayət işi başlayıb. Naire Avestisyan hadisənin şəxsi xarakter daşımasını istisna edir. Onun sözlərinə görə, bu, onun peşə fəaliyyəti ilə əlaqədarlır. Bu, son beş ildə baş redaktora ziyan vurulması üçün törədilən üçüncü hadisədir.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor şöbəsi hesab edir ki, baş verən hadisə jurnalistə qarşı növbəti qəsddir: “Təəssuf ki, hüquq-mühafizə orqanları əvvəlki qəsdlərin müəlliflərini üzə çıxarmayıb. Bu isə jurnalistə qarşı növbəti qəsdin törədilməsinə və cəzasızlıq atmosferinin formalaşmasına əsas verib”. Təşkilat hüquq-mühafizə orqanlarında baş redaktora qarşı törədilmiş cinayətin sifarişçi və icraçılarının üzə çıxarılmasını tələb edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar