Ermənistanda sərxoş sözünə görə kişi anasını vəhşicəsinə döyüb öldürdü
12 Fevral 2014 Çərşənbə 10:22
Qanlı cinayət törədən ana qatili hazırda məhkəmə qarşısında cavab verəcək.
Ermənistanda daha bir dəhşətli cinayət baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı Armen Ç. yaşlı anasını döyə-döyə öldürüb. Qanlı və dəhşətli cinayəti törədən şəxsi hüquq-mühafizə orqanları tutub. Hazırda ana qatili məhkəməyə çıxarılıb.
Hadisənin baş verməsinə gəlincə, oğul anasının öldürməsinin səbəbini bildirərkən, çox soyuqqanlı olub. O, anasını təhqir etdiyi üçün öldürdüyünü bildirib.
Belə ki, Armen Ç. boşandığı arvadını və oğlunu görməyə gedib. Lakin qadın Armen Ç.-nin sərxoş olduğunu görüb və onu içəri buraxmayıb. Əsəbi halda evə qayıdan Armen Ç. anasına yemək hazırlamağı əmr edib. Özü isə qutuda saxladığı ilanı yemləyib.
Sonradan Armen Ç. anasının dükana çörək almağa getdiyini görüb və ondan araq da almağını istəyib. Yaşlı qadın isə oğlunu danlayıb və bu qədər içki içməməyi məsləhət bilib. O oğluna sərxoş deyərək məzəmmət edib.
Bundan qəzəblənən Armen Ç. anasının üstünə cumub. O, yumruqları ilə qadının üzünə vurmağa başlayıb. Armen Ç. yaşlı anasını döyərək öldürüb. Daha sonra qadının qan içində olan bədənini və başını təpikləyib.
Hazırda yaşlı anasını vəhşicəsinə döyərək öldürən oğul Ermənistanın Cinayət Məcəlləsinin 104-cü maddəsilə ittiham olunur.
DOSTLARINLA PAYLAŞ: