Ermənistanda qiymətlər kəskin qalxıb
14 Dekabr 2011 Çərşənbə 14:53
Ən çox bahalaşan tibbi xidmətlər və dərmanlar olub.
Ermənistan milli statistika xidməti keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkədə istehlak mallarının qiymətinin kəskin artdığını bildirib.
ANS PRESS erməni mətbuatına istinadən xəbər verir ki, noyabrda ərzaq məhsullarınin qiyməti 2010-сu ilin noyabr ayına nisbətən 6,9% artıb. Spirtli içkilərin və siqaretin qiyməti isə keçən ilin uyğun dövrü ilə müqayisədə 1,9% artıb.
Tibbi xidmətlərin və dərmanların qiyməti 9,3% artıb. Ev istehlakı mallarının qiyməti isə 1% artıb.
DOSTLARINLA PAYLAŞ: