Ermənistanda qarşıdurma olub
30 May 2010 Bazar 16:20
Bu, orduda özbaşınalıqlara qarşı aksiya zamanı baş verib.
İrəvanın Azadlıq meydanında müxalifət yenidən etiraz aksiyası keçirib. Etirazçıların əsas tələbi Ermənistan ordusunda olan özbaşınalıqların qarşısının alınması olub. Bundan başqa aksiya iştirakçıları Ermənistanda insan haqlarının pozulmasının və siyasi məhbusların saxlanma şəraitində olan zorakılığın qarşısının alınmasını da tələb ediblər.

Etirazçılar əsasən keçmiş siyasi məhbuslar və Ermənistan Milli Konqresinin bir qrup gənci olub. Polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Belə ki, polis aksiyanın dayandırılmasını tələb edib. Müxalifət isə bu tələbə riayət etmədiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dağıtmaq uçün iştirakçılara qarşı güc tətbiq edib və polis aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib.

Aksiya iştirakçıları bu gün saat 6-da da oturaq etiraz aksiyası keçirəcəklərini elan ediblər. Ermənistan Milli Konqresinin nümayəndəsi Tiqran arakelyan bəyan edib ki, bir neçə gündən sonra onlar yenidən xəbərdaredici aksiya keçirəcəklər və bu, sutka ərzində davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar