Ermənistanda qanlı 1 mart hadisələri ilə bağlı məruzə hazırlanıb
28 Dekabr 2011 Çərşənbə 11:41
Bəzi erməni fəallar isə məruzənin imitasiya xarakteri daşıdığını hesab edir.
Ermənistanın Xüsusi Təhqiqat Xidməti (XTX) 2008-ci il 1 mart hadisələri ilə bağlı xüsusi məruzə hazırlayıb. ANS PRESS-in “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə keçmiş qrupun üzvü Andranik Koçaryan məruzənin bir daha təhqiqat orqanının cinayət işlərini açmaq fikrinin olmadığı və bununla da Serj Sarkisyanın istəyini həyata keçirdiyini sübut etdiyini bildirib.
“Bundan başqa məruzəni hazırlayanlar qurbanları cinayətkar kimi təqdim edirlər. 1 mart hadisələri zamanı insanlar dünyalarını dəyişib və onlar qatillərin tapılmasını həyata keçirməlidirlər. Onlar ölüm faktlarının açılması ilə bağlı heç bir iş görmürlər. Məruzə sadəcə imitasiya xarakteri daşıyır”, - deyə Koçaryan bildirib.
Xatırladaq ki, 2008-ci ildə Ermənistanda növbəti prezident seçkisindən sonra bu ölkənin birinci prezidenti Levon Ter Petrosyanın rəhbərliyi ilə fevral ayının 20-dən başlayaraq İrəvanın mərkəzində seçkininin nəticələrinə etiraz əlaməti olaraq aksiya keçirilirdi. Martın 1-2-dək davam edən etiraz aksiyası miutinq iştirakçıları ilə polis arasında qarşıdurma ilə yekunlaşmışdı. Rəsmi məlumatlara görə, qarşıdurma zamanı 10 nəfər həlak olmuş, 200 nəfər müxtəlif dərəcədə xəsarət almış, daha 100 nəfər isə həbs edilmişdi.
DOSTLARINLA PAYLAŞ: