Ermənistanda prezident seçkiləri baş tutmaya bilər
01 Fevral 2013 Cümə 02:37
Prezidenliyə namizəd Paruyr Ayrikyanın güllələnməsi seçkilərin keçirilməsini qadağan edir.
Ermənistan parlamentinin sədri Ovik Abramyan prezidentliyə namizəd Paruyur Ayrikyana qarşı sui-qəsdlə əlaqədar prezident seçkilərinin vaxtının dəyişdirilməsini istisna etməyib. Ermənistan konstitusiyasına görə, prezidentliyə namizədlərdən biri keçilməz maneə ilə qarşılaşdıqda seçkilər iki həftəliyə təxirə salınır. Bu vaxta qədər maneə aradan qaldırıülmasa, yeni seçkilər təyin edilir, səsvermə isə iki həftəlik müddət tamam olandan 40 gün sonra keçirilir.

Ovik Abramyan deyib ki, Paruyr Ayrikyana qarşı sui-qəsd Ermənistan dövlətçiliyinə qarşı cinayətdir. O, ümidvar olduğunu bildirib ki, hüquq-mühafizə orqanları qısa müddət ərzində cinayətin üstünü aça biləcəklər.

Spiker məlumat verib ki, Paruyr Ayrikyanla özü danışıb və onun vəziyyəti normaldır. Prezidentliyə namizəd spikerə deyib ki, ona iki dəfə atəş açılıb.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə jurnalistlərə deyib ki, bu cinayət ölkədə normal prezident seçkilərinin keçirilməsinə maraqlı olan hər kəsə qarşı yönəlib: “Bu cinayət ilk növbədə hakimiyyətə qarşıdır”.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan güllələnib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar